Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Okt
2019
16:35
604

31
Okt
16:35



Lavrov Tonoyanın Qarabağla bağlı açıqlamasını tənqid etdi

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində həbsdə olanların dəyişdirilməsi sahəsindəki vəziyyət Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılılıqlı səfərləri ilə müqayisədə optimist deyil. Lakin biz bu istiqamətdə hərəkət etməliyik.

XeberOxu.Az-ın xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerle görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, Ermənistanın Müdafiə naziri David Tonoyanın “Qarabağ məsələsi həll olunub” açıqlamasına da münasibət bildirib.

S.Lavrov qeyd edib ki, münaqişə tərəflərinin səsləndirdiyi fikirlər konfliktin həllinə kömək etmir.

“Noyabrın ilk on günlüyündə ATƏT-in Daimi Şurasında həmsədrlərin çıxışı zamanı daha müsbət atmosfer yaratmaq üçün bu vəziyyətdən istifadə etməyə çalışmaq vacibdir. İndi əsas məsələ budur. Amma Qarabağ probleminin bu şəkildə (Tonoyanı nəzərdə tutur - red.) həll edilə biləcəyini söyləyən ifadələr məsələyə kömək etmir”.

Xatırladaq ki, bir neçə gün öncə D.Tonoyan jurnalistin “Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?” sualına pafosla və məntiqsiz cavab verib.

“Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”, - o qeyd edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az