Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Okt
2019
17:47
607

31
Okt
17:47



Lavrov: Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət az nikbindir

Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət daha az nikbindir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir xatırladıb ki, o, aprel ayında ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb:

“Çox yaxşı, formal xarakter almamış və açıq müzakirə keçdi və bunun nəticəsində bir sıra humanitar tədbirlərin reallaşdırılması üçün perspektivlər yarandı. O zaman saxlanan şəxslərin dəyişdirilməsi, həlak olan şəxslərin meyitlərinin dəyişdirilməsi və vəziyyəti bir qədər yumşaltmaq, etimad mühitini artırmaq üçün jurnalistlərin qarşılıqlı səfərləri barədə tədbirlər müzakirə olunmuşdu. Jurnalistlərlə bağlı ATƏT Katibliyi vasitəsilə dialoq davam edir, ümid var. Saxlanan şəxslərlə bağlı vəziyyət isə az nikbindir. Biz hesab edirik ki, bu istiqamətdə hərəkət etmək lazımdır”.

S.Lavrov əlavə edib ki, mövqeləri daha da yaxınlaşdırmaq və kompromis əldə etmək üçün həmsədrlərin ardıcıl səyləri vacibdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az