Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Noy
2019
14:29
597

03
Noy
14:29



"İsgəndər ASA Holding" BNA-nın səlahiyyətlərini icra edir? - Zorla pul yığırlar - FOTO
"Sadəcə sürücülərə öz aləmlərində "xox" gəlirlər"

"İsgəndər ASA Holding" adlı şirkətin Bakı şəhəri ərazisində qanunsuz olaraq parkinq xidməti göstərməsi barədə dəfələrlə məlumat verilib. Bakı Nəqliyyat Agentliyində olan bu səlahiyyəti "mənimsəyən" şirkət rəhbərliyi bir az da irəli gedib. Belə ki, Bakı küçələrinin birində ağaca adı ağ kağızda yazılmış elan diqqəti çəkir. "Ödəniş etməyən sürücülər cərimələnəcək". Maraqlıdır bu cəriməni kim edəcək? BNA dəfələrlə bu şirkətin onlara heç bir aidiyyatı olmadığını bildirib. İndi isə şirkət BNA-nın daha bir səlahiyyəti olan cərimə yazmağı "mənimsəyib". 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür elanlar tamamilə qanunsuzdur. "Sadəcə, sürücülərə öz aləmlərində "xox" gəlirlər. Adamdan soruşarlar ki, sən kimsən, məni necə c

ərimə edəcəksən?".
Elməddin Muradlı sürücülərə tövsiyə də edib. "Ümumiyyətlə, bu insanlara pul verməyin. Heç bir cərimədən söhbət gedə bilməz. Bu, sadəcə qanunsuz olaraq pul mənimsəmək yeridir. Bu adamlar kimdir, hara qulluq edir, o da bəlli deyil. Odur ki, biz sürücülər özümüz bunu baykot etməliyik. Çünki parkinq xidməti də, cərimə tətbiq etmək də yalnız BNA-nın səlahiyyətləri daxilindədir." // avtosfer.az

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az