Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Noy
2019
11:52
210

07
Noy
11:52



Deputat: Təəssüf ki, bu gün demokratiyadan danışan müxalifət qarşıdurmaya üstünlük verir

Təəssüf edirəm ki, bu gün demokratiyadan, qanunlardan danışan müxalifət provakasiyaya, qarşıdurmaya, polislə toqquşmaya üstünlük verir.

Bunu XeberOxu.Az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Müsavat Partiyasının noyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binası qarşısında qanunsuz piket keçirmək istəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət bu cür hərəkətlərə son qoymalıdır. Çünki bununla onlar nə siyasi nüfuzunu artıracaq, nə də ki, qarşılarına qoyulan məqsədə çatacaqlar:

“Radikal müxalifətə, o cümlədən, Musavat Partiyasina sadəcə olaraq, bəhanə lazımdır. Onların nə ölkənin problemləri ilə bağlı təklifləri var, nə də cəmiyyətə təqdim edəcəkləri hər hansı proqramları. Sadəcə olaraq, gündəmdə qalmaq, hətta hay-küylü hadisələrlə diqqəti cəlb etmək onların qarşılarına qoyduğu əsas məqsəddir. Partiyanın məqsədi hakimiyyətə gəlmək, cəmiyyətin dəstəyini qazanmaq, ölkənin inkişafı ilə bağlı özünün təkliflərini verməkdir. Hazırkı müxalifətdə isə bunların heç biri yoxdur”.

A.Mirzəzadə qeyd edib ki, bu gün informasiya kommunikasiya texnologiyaları elə inkişaf edib ki, kütləvi aksiyaların harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Çünki telekanallara, saytlara baxmaqla, hətta adi mobil telefondan istifadə etməklə baş verən hadisələri nəinki Azərbaycana, bütün dünyaya yaymaq olar. Bununla belə, tamamilə mümkündür ki, onlar xaricdən dəstək alıblar, Azərbaycan dövlətinin möhkəmliyini bir daha yoxlamaq üçün bu cür hərəkətlərdən istifadə etməyə çalışırlar. Amma istənilən halda onların hərəkətinə hüquqi cavab veriləcək”.

Xatırladaq ki, Musavat partiyası noyabrın 10-da Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydan, “Dərnəgül” metro stansiyasının çıxışında olan meydan, yaxud “Məhsul” stadionunda aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH isə partiyanın bu istəyini qəbul etməyərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat Partiyasının rəhbərliyi buna etiraz edərək noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcəyini açıqlayıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Tərtərdə uşaq ölümü baş verib







Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb







Qaxda sərxoş gənc restoranda qadını döyüb polislərə qarşı xuliqanlıq etdi







Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az