Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
19:05
138

08
Noy
19:05



Yevlaxda əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib.

V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və onlardan artıq Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin bu gün istifadəyə verilir.

O, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndiriləcəyini də qeyd edib. Bu il Şəmkir və Qəbələ rayonlarında hər biri 50 çarpayılıq Uşaq Bərpa Mərkəzlərinin inşasına başlanmasının planlaşdırıldığını, növbəti illərdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini, yeni mərkəzlərin tikiləcəyini bildirib.

V.Nəsirli Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılmaqla yanaşı, mərkəzin yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edildiyini deyib. O qeyd edib ki, Mərkəzdə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər görüləcək, müasir və sınanmış metodika və texnologiyalardan da istifadə ediləcək.

Bildirilib ki, yeni qurulan “Reabilitasiya” altsistemi bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə aparılacaq.

A.Tağıyev əlilliyi olan şəxslər üçün belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə göstərilən xüsusi qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.

İctimai təşkilatların nümayəndələri, əlilliyi olan şəxslər çıxış ediblər. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulması sahəsində atılan mühüm addımlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib, burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az