Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Dek
2019
23:55
545

06
Dek
23:55



İdman gimnastlarımız Rusiyadakı beynəlxalq turnirdən medallarla geri dönür

1-5 dekabr tarixlərində Rusiyanın Obninsk şəhərində idman gimnastikası üzrə Larisa Latinina adına beynəlxalq turnir keçirilib.

XeberOxu.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu turnirdə ölkəmizi kişi idman gimnastikası üzrə yığmanın üzvləri - böyüklər arasında Sərvər Əliyev, Ağamurad Qəhrəmanov, Cavidan Babayev, gənclər arasında Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil edib.

Gimnastlar arasında ən yaxşı nəticəni Səməd Məmmədli göstərib. Belə ki, o, halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. Dayaqlı tullanma alətində çıxışına görə Səməd 3-cü yerdə qərarlaşıb. Gənclər arasında çıxış edən daha bir gimnastımız Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 3-cü olub.

Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev nümayiş etdirib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Komanda hesabında gimnastlarımız bürünc medal qazanıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.