Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
17:43
336

02
Dek
17:43



Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib.

XeberOxu.Az-ın   məlumatına görə, məqsəd əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, onların yaradıcılıq imkanlarının və ümumən cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Baxış-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə ümumilikdə 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri müəyyən olunub.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günündə baxış-müsabiqənin qaliblərinə fəxri diplom və mükafatların, final mərhələsinin digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatların təqdim edilməsi nəzərdə tutulub.

Eyni zamanda, həmin gün Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.