Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
11:17
1530

15
Iyul
11:17



Əməkdar artisti, dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri - “Viqadu”da (Vigado) “Klassz a Parton" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub.

XeberOxu.az-ın məlumatına görə, iyulun 30-dək davam edəcək festivalda bir sıra ölkələrdən - Avstriya, İtaliya, Almaniya, İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və Türkiyədən tanınmış musiqiçilər iştirak edirlər.

Ölkəmizi ilk dəfə bu mötəbər festivalda Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edir.

Açılış mərasimindən əvvəl konsertin aparıcısı Azərbaycan - onun musiqi mədəniyyəti, inkişaf tarixi, ifaçılığı və uğurları barədə geniş məlumat verib. Daha sonra dirijor Əyyub Quliyevin rəhbərliyi altında Macarıstan Milli Simfonik Orkestri "Obuda Danube" Avropa klassik musiqisinin ən parlaq nümunələrini - Volfqanq Amadey Motsartın 35-ci "Xaffner" simfoniyasını və Frans Şubertin 5-ci simfoniyasını təqdim edib. Hər iki əsər böyük maraqla qarşılanıb.

“Klassz a Parton” festivalının bədii rəhbəri, Macarıstanın ən seçilən və görkəmli pianoçularından olan Tamaş Erdinin ifası isə konsertə xüsusi rəng qatıb. Onun ifasında səslənən Karl Mariya fon Veberin “Konsertştük” və Frederik Şopenin “Andante spianato və Grand Polonez” dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Anşlaqla keçən konsertin sonunda tamaşaçıların arzusunu nəzərə alaraq musiqiçilər proqramda əlavə olaraq yeni əsərlər ifa ediblər.

Sonda Macarıstanın tanınmış incəsənət xadimləri - yazıçı, şair və bəstəkarları, mətbuat nümayəndələri azərbaycanlı dirijoru və macar musiqiçiləri təbrik edərək xoş arzularını bildiriblər.

Qeyd edək ki, konsert Macarıstanın Bartok Dövlət Radiosu tərəfindən lentə alınıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az