Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
12:47
423

02
Iyul
12:47



Əqli Mülkiyyət Agentliyində 12-ci Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisi və Forumunda ölkəmizi təmsil edən nümayəndələrlə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində Koreya Beynəlxalq Qadın İxtiraçılar Assosiasiyası tərəfindən 2019-cu il 20-25 iyun tarixlərində Cənubi Koreyada keçirilmiş 12-ci Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisi və Forumunda ölkəmizi təmsil edən əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyeva və "Nərgiz" klinikasının rəhbəri Məlahət Qəhrəmanova ilə görüş keçirilib.

Qeyd edək ki, beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri tərəfindən bitki mənşəli müalicə xarakterli preparatların alınması və istifadəsi ilə bağlı bir ədəd Azərbaycan və 8 ədəd Avrasiya patenti olmaqla cəmi 9 ixtira patentləri üzrə alınan məhsullar nümayiş etdirilib.

Qonaqları salamlayan Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Agentliyin fəaliyyəti haqqında məlumat verib. O, Agentliyin daim ölkəmizdə ixtiraçılıq fəaliyyətinə, innovativ yeniliklərə dəstək olduğunu və Agentlikdə Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin yaradıldığını qeyd edib və beynəlxalq tədbirdə mükafatladırılan Azərbaycan nümayəndələrini təbrik edib.

M.Qəhrəmanova ölkəmizin nümayəndələrinin ilk dəfə Koreya Beynəlxalq Qadın İxtiraçılar Assosiasiyası tərəfindən keçirilən bu tədbirdə iştirak etdiyini diqqətə çatdırıb və Azərbaycanın qadınlarının ixtiralarının yüksək dəyərləndirildiyini və mükafatlara layiq görüldüyünü bildirib.

M.Vəliyeva sərginin iki əsəs mükafatından birinin – “Xüsusi priz”in məhz ölkəmizin nümayəndəsinə təqdim olunduğunu, ümumilikdə isə ixtiraçı qadınlarımızın 3 qızıl, 2 gümüş və 3 bürünc medala layiq görüldüyünü qeyd edərək beynəlxalq tədbirdə iştirak ilə əlaqədar təşkilatı məsələlərin görülməsində Agentliyin rəhbərliyinə təşəkkürünü çatdırıb.

Görüşdə, həmçinin yaxın zamanda ölkəmizdə də ixtiraçı qadınların ictimai birliyinin yaradılması məsələsi müzakirə edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az