XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 Apr
2021
15:40
1376
12
Apr
15:40



Qardaşını ov tüfəngi ilə öldürdü, arvadını isə... - ŞAMAXIDAKI QANLI CİNAYƏTİN TƏFƏRRÜATI
Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Azad Rəşidzadənin cinayət işi.

Xeberoxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Şamaxı rayon sakini Azad Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə 1967-ci il təvəllüdlü qardaşı Azər Rəşidovu güllələyib. Ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib. Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Möminə İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən Azad Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Təqsirləndirilən şəxs qismində dindirilən Azad Rəşidzadə ifadəsində bildirb ki, 12 il Moskva və digər şəhərlərdə yerləşən bazarda alver etməklə ailəsinə və qardaşı Azərə baxıb. 
Azər təxminən 20 il əvvəl Ukraynanın Xarkov şəhərində 14 il həbsdə olub. Cəzasını başa vurandan sonra Şamaxıya qayıdıb. Narkotik maddələrdən istifadə etdiyinə görə yerli polis şöbəsi tərəfindən saxlanılıb. Azad qardaşının ailəsi ilə birlikdə ata evində yaşayıb. Ailədə 4 qardaş, 1 bacı olublar. Atası vəfat edəndən sonra qardaşı Azər dəfələrlə anasını döyüb. O, Rusiyadan Şamaxıya gəlib qaldığı müddətdə evdə sakitçilik olub. Gedəndən sonra isə qardaşı yenə anası və qonşuları ilə dava edib. 

Axırıncı dəfə Azər Rəşidzadə Moskvadan bir neçə günlük gəlib. Arvadı və anası Azaddan xahiş ediblər ki, Azərə və Xəyaləyə tapşırsın ki, onları incitməsinlər. Azad qardaşı ilə küsülü olduğundan onun arvadından anasına niyə rahatlıq vermədiyini soruşduqda, Xəyalə cavabında nalayiq sözlərlə onu təhqir edib və Azəri küçədən evə çağırıb. Sonuncu ona tərəf gələndə cibindən bıçaq çıxarıb. Qardaşının üstünə gəldiyini görən Azad tez 2-ci mərtəbədən özünə məxsus qoşalülə ov tüfəngini götürüb həyətə düşüb. 

Azəri qorxutmaq məqsədi ilə birinci patronu havaya, digərini yerə atıb. Buna baxmayaraq qardaşı onun üzərinə tərəf gəlib. Bu zaman Azad üçüncü atəşi qardaşına atıb. 

Azad Rəşidzadə ifadəsinin davamında bildirib ki, hadisə vaxtı qardaşının arvadına necə xəsarət yetirməsi yadında qalmayıb. 

Məhkəmə prosesində təqsirləndirilən Azər Rəşidzadə ittiham üzrə özünü qismən təqsirli bilib. 

Məhkəmə araşdırılmış sübutların məcmusuna əsalanıb nəticəyə gəlib ki, Rəşidzadənin cinayət əməlini törətməsi sübuta yetirilib.  

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Sonda məhkəmənin hökmü ilə Azad Rəşidzadı 18 il müddətinə azadlıqdan məhrum olunub. 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Göyçayda 18 yaşlı qızın öldürüldüyü məlum oldu- TƏFƏRRÜAT








Binəqədidə 18 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb








Oğuzda 15 yaşlı məktəbli özünü asıb








Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.