Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
19:52
231

08
Noy
19:52



“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 90-cı kitabı çapdan çıxıb

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 90-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Çoxcildiyin 90-cı kitabında Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində İzmir şəhərində “Star” Neft Emalı zavodunun açılış mərasimində çıxışının mətni, Belarus Respublikasına rəsmi səfəri haqqında materiallar yer alıb. Nəşrdə Azərbaycan Prezidentinin İtaliya, Rusiya, ABŞ, İsveçrə, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmi nümayəndələrini, habelə VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gəlmiş yüksəkvəzifəli şəxsləri qəbul etməsinə dair informasiyalar da verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Lerik, Qax rayonlarına, Şəki, Sumqayıt şəhərlərinə səfərləri zamanı iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin, eləcə də Ağdam rayonunda Muğam Mərkəzinin açılış mərasimlərində çıxışlarının, İmişlidə “ASAN həyat” Kompleksinin açılışı zamanı robot “Sofiya” ilə söhbətinin mətnləri ilə tanış ola bilər. Söhbət zamanı “ASAN xidmət”i Azərbaycanın milli brendi adlandıran Prezident deyib: “Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi vardır”.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasiminin, V Bakı Beynəlxalq Teatr Konfransının, Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına məktubları və digər məktublar toplanıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 90-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az