Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
15:55
903

13
Iyul
15:55



“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

İlahiyyat İnstitutundan XeberOxu.az-a verilən məlumata görə, Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları barədə məlumat verilib.

Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.

II Beynəlxalq Simpozium iştirakçıları İçərişəhərin məscidlərindən biri olan, 1169-cu ildə ustаd Nəcəf Аşur İbrаhim оğlu tərəfindən inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidini ziyarət ediblər. Qeyd olunub ki, 2016-cı ildə Cümə məscidinin XV əsrə aid olan Abşeron əhəng daşından tikilmiş minarəsi bərpa və konservasiya edilib.

İçərişəhərin dini mədəniyyətini əks etdirən tarixi-memarlıq abidələri vaxtilə xalqın ictimai inkişafına təsir göstərmişdir. Belə ki, Orta əsrlərdə elm və təhsil sisteminin inkişafında məscidlər mühüm rol oynamışdır. Ərazidə yerləşən dini abidələr memarlıq quruluşuna görə fərqlənir.

Sonda Beynəlxalq Simpozium iştirakçıları “Qız Qalası”nın önündə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11-12 İyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında keçirilib. Simpoziumda 12-dən çox xarici ölkə universitetində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 100-dən çox məruzəsi dinlənilib.

Simpoziumun materialları kitab şəkilində çap olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az