XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Noy
2021
15:44
903
21
Noy
15:44



“220 manat kirayə pulu almamışam” - Anar Məmmədov

Deputat Anar Məmmədov Bakıda kirayədə yaşaması və buna görə Milli Məclis tərəfindən ona 220 manat vəsaitin ayrılması ilə bağlı iddialarla bağlı açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili açıqlamasında deyib: 

“Məsələnin mənə heç bir aidiyyatı yoxdur. Son zamanlar bəzi saytların yaydığı və həqiqəti əks etdirməyən yazıları təəssüf doğurur. Çünki Bakıda ev kirayəsi üçün Milli Məclis tərəfindən hər hansı bir vəsait almağım barədə yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”.

Anar Məmmədov media mənsublarına da səslənərək bildirib:

“Mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim”.

“Bizim qarşımızda cənab Prezidentin tapşırıqları və hədəfləri var, xalqımızın dəstəyini görürük, xalq üçün əlimizdən gələni etməyə çalışırıq. Deputat seçildiyim ilk gündən etibarən hər zaman seçicilərimizin yanında olub, şəhid ailələri, aztəminatlı ailələr və qazilərimizin qayğıları ilə maraqlandıq, istər pandemiya, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də indi Cənab Prezidentin elan etdiyi prioritetlərin həyata keçirilməsində yaxından iştirak edirik. Əsas məsələ şəhid ailələrinin yanında olub, onlara olan mənəvi borcumuzu ödəməkdir. Buna görə də şərəfli və ləyaqətli fəaliyyətimizə kölgə salmadan Daha güclü Azərbaycan naminə yorulmadan və əzmlə dövlətimizə və xalqımıza xidmət göstərməyə davam edirik”, - deyə millət vəkili bildirib. 

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.