XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



24 Noy
2021
13:46
664
24
Noy
13:46



“Apple” məhsullarının Türkiyədəki satışı dayandırılıb

Türkiyə lirəsinin son vaxtlar sürətlə dəyərsizləşməsi ilə bağlı “Apple” şirkətinin məhsullarını bu ölkədə almaq xaricdən gətirməkdən daha ucuz olub.

Xeberoxu.Az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ dollarının məzənnəsi ilin əvvəlinə nisbətən 80 faiz yüksəldiyi və hazırda 13 lirəyə çatdığı üçün "iPhone"ni ABŞ-dan gətirmək əvvəllər Türkiyədə almaqdan 20-35 faiz ucuz başa gəlirdisə, hazırda əksinə, 17 faiz baha başa gəlir.

Belə ki, bu gün "iPhone 13 Mini" (11-14 min lirə), "iPhone 13" (12-15 min lirə), "iPhone 13 Pro" (16-21 min lirə), "iPhone 13 Pro Max" (18-23 min lirə) kimi modellərin Türkiyədəki satış qiymətləri ABŞ-dakından (müvafiq olaraq 700-1000, 800-1100, 1000-1500, 1100-1600 dollar) müvafiq olaraq 8-15, 11-17, 1-10, 0-7 faiz aşağıdır. Həmçinin yeni "MacBook Pro"nun modelləri ABŞ-da 2-3,5 min dollardan, Türkiyədə isə 1800-3077 dollardan satılır.

Türkiyə lirəsinin çökməsi nəticəsində “Apple” şirkəti "iPhone", "Mac", "iPad", "Apple Watch" kimi məhsullarının bu ölkədə öz rəsmi saytından satışlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Həmin məhsulların yerli bazarda da bahalaşacağı güman edilir.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.