Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
16:00
522

15
Iyul
16:00



“Azpetrol” şirkəti 22 yaşını qeyd edir

“Azpetrol” şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin “Tbilisi“ prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.

Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir.

Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

Şirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobilyuma, kafelər, motellər, mağazalar və s. xidmətlər təqdim olunur. Şirkət 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online“proqramının tətbiqinə başlanılmışdır.

2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.

2017-ci ildə isə “Azpetrol” şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atdı.

“Azpetrol” şirkəti müştərilərinin istəklərini və rahatlığını nəzərə alaraq 2017-ci ilin yanvar ayından Elektron talonxidmətini, 2017-ci ilin iyun ayından isə Azərbaycanda ilk dəfə olaraq Hədiyyə kartlarının onlayn satışına start vermişdir.

“Azpetrol“un Şəki, Balakən, Qusar, Beyləqan və Qazax rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir. Motellərdə müsafirlər rahat, lüks və yarım-lüks otaqlarından istifadə edə bilərlər.

Ötən illər ərzində “Azpetrol” şirkəti bir çox mükafatlarla təltif olunmuşdur. Bu mükafatlar sırasında “Uğur”, “Biznes Prestij”, “Caspian Energy İntegration Award” ,“Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı”, Caspian Business Award - 2016”, “Caspian Energy Award - 2017”, “Caspian Energy Award - 2018” və digərləri var.

“Azpetrol” - Daim inkişafa doğru!

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az