Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
17:49
192



“Bilsəydim, saçımı kəsdirməzdim” - Qara Qarayev

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur oyunundan sonra brifinq keçirib. XeberOxu.Az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə AVRO-2020-nin püşkünü dəyərləndirib...

- Rəqibllərimizin gücünə real yanaşmalıyıq. Gərək heç bir şey bizi aldatmasın. Xorvatiya ilə bir seçmə mərhələdə oynamışıq. Evdə uğur qazanmışıq, amma digərləri ilə uzun müddətdir ki, qarşılaşmamışıq. Slovakiya və Macarıstanla qarşılaşmalar yadıma gəlmir. İşimiz çox çətin olacaq. Çalışacağıq ki, bacardığımız qədər çox xal toplayaq.

- Hər halda qrupdan çıxmaq haqqında düşünmək çox da real deyil...

- Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə”...Amma fakt budur ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyədə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik.

- İlk oyun Xorvatiyada olacaq. Tariximizdə 0:6 nəticəsi var. Bunu düşünüb təşvişə düşürsünüzmü?

- Elə düşünmürəm. 4 il əvvəl böyük hesabla uduzsaq da, indi əlimizdən gələni edəcəyik ki, uğur qazanaq, yaxşı oynayaq. Nəinki Xorvatiya, bütün səfər matçlarından yaxşı nəticə ilə gəlmək istəyirik. 

- Yeni imicinizlə bağlı nə deyə bilərdən?

- Məncə, bunun müzakirəyə çıxarılması doğru deyil. Saçdı da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Bilsəydim, saçımı kəsdirməzdim, bu qədər diqqət çəksin, bunu düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç eləməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidi.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İdman xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]