Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
11:00
945

13
Iyul
11:00



“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb

“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə “Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən XeberOxu.az-a verilən məlumata görə, müzakirədə ekspert qismində “APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu iştirak edib.

Azərbaycan mediasının bu günkü fəaliyyəti və perspektivləri barədə məlumat verilib, daispor fəaliyyətində medianın rolu qiymətləndirilib.

Gənclər Azərbaycan mediasının beynəlxalq əlaqələri barədə maraqlı suallar səsləndiriblər. Sosial şəbəkədə gənclərin fəallığı, xaricdə media orqanı təsis etmək imkanları, diaspor gənclərinin şəbəkələşməsində yeni medianın rolu, müasir müzakirə platformalarının yaradılması kimi məsələlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı infoqrafik diaspor xəritəsi gənclərə təqdim olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az