Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
16:18
153



“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan “Masterpass” platformasını təqdim edib. “Masterpass”dan istifadə edərək EPUL portalında 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

“Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək üçün ayrıca bir mobil tətbiq yükləməyə, istifadəçi adı və ya şifrə daxil etməyə ehtiyac yoxdur. İlk olaraq EPUL saytında (www.e-pul.az) və ya mobil tətbiqdə həsaba daxil olmaq, daha sonra isə ödəniş üsulunu seçib, kart məlumatlarını daxil etdikdən sonra “Mən kartımı “Masterpass”a əlavə etmək istəyirəm” seçimini etmək və “Ödəniş et” düyməsini basmaq gərəkdir. Bu son mərhələ ilə ödəniş başa çatır və kart “Masterpass”a əlavə edilir. EPUL saytında növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək.

Bundan başqa, “Masterpass” istifadəçiləri EPUL platfromasında ödəniş edərkən 3 AZN qənaət edə biləcəklər. Endirimdən faydalanmaq üçün “Mastercard”/”Maestro” kartlarını EPUL saytında və ya tətbiqində “Masterpass”da qeydiyyatdan keçmək lazımdır. Yalnız bundan sonra 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

“2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsinə dəstək məqsədilə innovativ rəqəmsal həllimiz olan “Masterpass”ı Azərbaycanda təqdim etməkdən məmnunuq. “Masterpass” sürətlidir, çünki hər bir ödənişdə kart məlumatınızı daxil etməyə ehtiyac qalmır, o, həmçinin, təhlükəsizdir, çünki “Mastercard”ın dünya üzrə qəbul edilmiş təhlükəsizlik standartları əsasında qurulub. İnanırıq ki, bu rəqəmsal həll bizim kart sahiblərimiz üçün faydalı olacaq və onların gündəlik həyatlarını asanlaşdırmağa kömək edəcək. Məqsədimiz innovativ qlobal həllərimizi Azərbaycanda təqdim etməklə bir dəyər yaratmaq və Azərbaycanı rəqəmsal ödənişlər sahəsində regional liderə çevirmək missiyasına öz töhfəmizi verməkdir”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

“Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfindən “Masterpass”da yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]