XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



21 Fev
2021
21:12
1484
21
Fev
21:12



“Mən Beyons deyiləm, amma sən də Leyla Quliyeva deyilsən” - VİDEO

“Verilişə getmək üçün hər sənətçinin özünə görə əziyyəti olur. Fikirləşirəm ki, bunu dəyərləndirmək lazımdır. Özüm üçün bu qərarı verdim, istəyərdim ki, telekanallarımız tərəfindən bütün sənətçilərimiz mükafatlandırılsın. Bütün dünyada belədir, istəyirəm Azərbaycanda da belə olsun. Mənim bu təklifimə, qərarıma aparıcılarımız öz fikirlərini bildiriblər. Dəyərli aparıcılarımız, mən qonorarı sizdən istəməmişəm, televiziya kanallarına müraciət etmişəm. Qərarımı qiymətləndirmək də olar, qiymətləndirməmək də. Həyatımı belə davam etdimək istəyirəm. Burda küsməyə heç bir səbəb yoxdur”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yayımladığı videoda deyib. Sənətçi efirə çıxmaq üçün telekanallardan pul istəməsi barədə fikirlərini tənqid edən teleaparıcı Afaq Gəncəliyə cavab verib.

Xatirə bildirib ki, Afaq ona cavabında qərəzli olub:

"Afaq, toya 4 min manata gedirsən. Bəs, sən ATV-dən  maaş almırsan? Aparıcı kimi qonorar alırsansa, ora gələn sənətçi də pul almalıdır. Verilişində müğənnini istədiyin kimi “sındırıb”, istədiyin kimi qaldıra bilirsən. Bir verilişdən istədiyin qonorarı alırsan, sənətçi niyə almasın? Hələ bəlli deyil sənətçi sənin verilişindən necə çıxacaq. Xoşlayırsansa, qaldıracaqsan, xoşlamırsansa, bir səbəb tapıb iynələyəcksən. Əgər bizdə birlik olsa, bütün sənətçilər bu cür edər. Azərbaycanda toya getməyən müğənni var? Elə bir ad çək, nəyə istəsən hazıram. Zeynəb Xanlarovadan başqa elə müğənni var? Sən də toy aparıcısı olma.

Dünya ulduzlarından yox, Azərbaycandan danışıram. Səndən Beyonsun, Tarkanın pulunu istəməmişəm. Mən də Xatirə İslamın pulunu istəyirəm. Bizim xarici ulduzlardan nəyimiz əskikdir? Ola bilər mən Beyons, Şakira deyiləm. Bəlkə, sən də mənə qonorar ayırsan, dünya ulduzları kimi performans göstərəcəm?!Xatirə 22 ildir hər şey edib, edəcək də. Nə qədər sevilməyim, sənətkarlar tərəfindən qiymətləndirilməyim göz qabağındadır. Bəlkə, "day-dayım" olmayıb, kiməsə ağız açmamışam. Sənətim haqda heç kim heç nə deyə bilməz.

Afaq, istədiyin kanalda işləyirsən, istədiyin qonorarı alırsan. Amma sən də Leyla Quliyeva deyilsən. Beşdən artıq dil bilir, peşəkar aparıcıdır, savadlıdır, hər şeyi ilə nümunədir. Leyladan da çox qazanırsan".


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı







Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb







Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı







Şirvanda minik avtomobili yanıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.