Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
08:00
492

17
Iyul
08:00



“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları Bakı Dövlət Universitetində olub, «Elm və ali təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı» adlı dəyirmi masada iştirak ediblər.

XeberOxu.az-ın məlumatına görə, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva yay məktəbinin iştirakçılarını salamlayıb, bu il 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs edib.

Sonra yay məktəbinin iştirakçıları universitetin tədris və tədqiqat laboratoriyaları, muzey və mərkəzləri ilə tanış olub, Rus Mərkəzinə baş çəkiblər.

Qeyd edək ki, yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət İxtisas–Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin tələbələri, o cümlədən Azərbaycan ali məktəblərinin tələbələri iştirak edirlər.

Yay məktəbində Bakı Dövlət Universitetini Filologiya fakültəsinin III kurs tələbəsi Sona İsmayılova və IV kurs tələbəsi Zümrüd Məmmədova təmsil edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az