Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
17:08
353

14
Yan
17:08



“Qarabağ”a qalib gəlməsək də, qələbəyə layiq idik” - “Neftçi”nin futbolçusu

“Neftçi”-nin yarımmüdafiəçisi Mamadu Kane klubun rəsmi saytına müsahibə verib.

Xeberoxu.Az xəbər verir ki, təlim-məşq toplanışını dəyərləndirən 22 yaşlı qvineyalı futbolçu onun üçün "Neftçi”də ən yaddaqalan hadisə ilə bağlı da danışıb.

- Bu artıq sənin “Neftçi”nin heyətində qatıldığım üçüncü təlim-məşq toplanışıdır. Təəssüratların necədir?

- Bundan əvvəlki toplanışların ikisi də fərqli olub. Hər iki hazırlıq prosesi yaxşı təşkil olunmuşdu. Hazırkı təlim-məşq toplanışımız da çox yaxşı davam edir. Toplanışdan-toplanışa daha da inkişaf etdiyimi hiss edirəm.

- Artıq bir ildən çoxdur “Neftçi”dəsən. Sənin üçün burada ən yaddaqalan hadisə hansı olub?

- Mənimçün “Neftçi”də bu günədək ən yaddaqalan hadisə Tula “Arsenal”ı ilə Avroliqa oyunlarıdır. Hər iki matçı yüksək səviyyədə keçirdik. Çox güclü rəqibə qarşı gözəl oyun nümayiş etdirərək qalib gəldik. Bu mənim karyeramda ən yaddaqalan hadisə olub. Çünki özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı oldum ki, nəticədə növbəti mərhələyə adladıq. Bundan əlavə, “Qarabağ”la qolsuz heç-heçə ilə nəticələnmiş matçı da yaddaqalan hesab edirəm. Çox yaxşı oynamışdıq. Qalib gəlməsək də, qələbəyə layiq idik.

- Adətən, deyirlər ki, toplanış çərçivəsində keçirilən sınaq matçlarındakı nəticələr vacib deyil. Bəs sən necə düşünürsən?

- Hazırda komanda şəklində toplanışdakı ilk yoxlama oyununa hazırlaşırıq. Çox şadam ki, bu hazırlıq yüksək əhval-ruhiyyədə keçir. Həm komanda yoldaşlarım, həm məşqçi heyəti, həm də klubda çalışanlar işlərinə çox yaxşı kökləniblər. Bu da məni çox sevindirir. Sınaq matçlarının hər biri bizim üçün çox vacibdir. Çünki belə oyunlarda səhvlərimiz üzə çıxır və onların üzərində işləyirik. Yoxlama görüşləri komanda halında inkişafımıza da fayda verir.

- “Neftçi”yə gəldiyin ilk gündən azarkeşlər sənin komandadakı vəziyyətinlə maraqlanıblar. Onlara sözün varmı? Ümumiyyətlə, komandanın əsas üzvlərindən birinə çevriləcəyini təsəvvür edirdin?

 

- “Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı. Mənə inandıqları üçün əvvəlcə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki bunadək vətənimdən başqa ölkədə futbol oynamamışdım. Buna ilk dəfə “Neftçi” ilə nail oldum. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildirirəm. Onların dəstəyini daim hiss etmişəm. Fanatlarımız hər oyunda həm komandanı, həm də məni dəstəkləyiblər. Bu məni həm çox sevindirir, həm də daha yaxşı oynamaq üçün ürəkləndirir. "Neftçi”nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram. Azarkeşlərimizin də dəstəyi ilə buna nail olmağa çalışacağıq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.