Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
14:52
358

14
Yan
14:52



“Qırmızı körpü”də bərpa işləri yekunlaşır

Azərbaycanın əhəmiyyətli abidələrindən biri olan “Sınıq körpü”nün (Qırmızı körpü) bərpa işlərinin bir qismi artıq başa çatdırılıb.

Bunu XeberOxu.Az-a  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda körpünün parapet hissəsi, fasadı, örtüyü və digər karvansarada, həmçinin karvansaranın döşəmələrində bərpa işləri davam etdirilir:

“Bildiyimiz kimi, 2018-ci ilin dekabr ayından hər iki ölkə - Azərbaycan və Gürcüstan tərəfindən razılaşdırılmış layihə əsasında bərpa işlərinin aparılmasına başlanılıb. Bu müddət ərzində körpünün üstündə sonradan əlavə olunmuş tullantılardan təmizlənmə işi, demək olar ki, başa çatdırılıb, sonradan əlavə olunmuş, qalınlığı 50-80 sm olan beton bordür dağıdılıb, istinad divarı inşa olunub, üstü dağılmış karvansaranın içi söküntülərdən təmizlənib, həmin karvansarada bərpa işləri başa çatdırılıb”.

F. Hüseynov görülən işlərin iki aya yekunlaşacağını bildirib: “Qeyd edim ki, bərpa işlərinin cari ilin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulub”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən dünya əhəmiyyətli memarlıq abidəsi olan körpü XII əsrdə Xram çayı üzərində inşa olunub. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında “Sınıq körpü” də adlanır. Yazılmış mənbələrə görə, körpünün bel hissəsinin sınıq olmasına görə bu körpüyə belə ad qoyulub.

O dövrdə Azərbaycanın digər yerlərində tikilən çoxaşırımlı körpülərlə müqayisədə, bu körpü öz monumentallığı ilə seçilir. Körpü dörd aşırımlıdır və hər bir aşırımın ölçüsü 8.2 m, 16.1 m, 8 m, 26.1 m-dir. Körpünün dayaqları yonulmuş sal qaya daşından hörülüb. Sel suları tutmayan səviyyədən isə qırmızı kərpicdən tikilib. Körpünün sağ və sol sahillərində istifadə olunması üçün geniş yerləşgələr salınıb. Sol tərəfdəki yerləşgənin sahəsi 116 kvadrat metr, sağ tərəfdəki isə 166 kvadrat metr-dir.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.