Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
17:42
183



“Qızıl medalla bitirən məzunların ali məktəblərə birbaşa qəbulu doğru deyil”

Təhsil eksperti Kamran Əsədov orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunacağı ilə bağlı “Ümumi təhsil haqqında” qanun layihəsinə edilən təklifə münasibət bildirib. 

XeberOxu.Az xəbər veriki,bu barədə “Qafqazinfo”ya açıqlama verən ekspert qeyd edib ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir: “Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% "əla" olmalı, fənlərdən illik qiymətləri "əla" almalıdır. Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - "Tədris dili" və "Riyaziyyat" istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.

 Etraf edək ki, bu prosedurların keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin diektora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. Hesab edirəm ki, “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir”.

Onun sözlərinə görə, orta məktəbi Qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil: “ Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahlarındakı nəticələri də təsdiq edir. Əgər respublika və beynəlxalq olimpiyadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Amma qızıl medal alanların isə yox. 

Misal üçün 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal,145 nəfəri (58%) 600-699 bal,49 nəfəri (20%) 500-599 bal,22 nəfəri (9%) 400-499 bal,12 nəfəri (5%) 200-399 bal,1 nəfəri 140 bal toplayıb.16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var. 200-300 bal toplayan "qızıl medal"lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir. 

2012-2016-cı illərdə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. Belə ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Belə ki, həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medala bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb. Beləliklə, indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb. 2018-ci ildə, 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var”.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]