Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
23:45
300

02
Dek
23:45



“Starex” niyə endirim günlərində işləmir?

Həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirən “Starex” şirkəti endirimli günlərdə sifariş sistemini bağladığı üçün müştərilər narazılıq edib. 

Xeberoxu.Az” xəbər verir ki, əvvəlcə gün ərzində sistem blok olunsa da, axşam saat 12 radələrindən aktiv olunacağı bildirilib. Ancaq şirkət gecə sifariş etmək istəyən müştəriləri də məyus edib. Belə ki, sitsem yenə də səhər saatlarına kimi bağlı olub.

Bundan başqa, müştərilər sifariş olunmuş məhsulların gec təsdiqləndiyi üçün artıq bitdiyini, şirkətin “qaynar xətti”nə düşə bilmədiklərini qeyd ediblər. 

Şirkətin direktoru Murad Seyidov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sifarişlərin çoxluğu ilə əlaqədar “Həvalə et” xidməti bağlamaqda səbəb gələn sifarişlərin vaxtında təsdiqlənməsini təmin etmək idi:

“Ümumiyyətlə, bu endirim günlərində bütün müştərilərimizi məmnun salmaq üçün gücləndirilmiş iş rejimində işlədik. Hətta gələn sifariş və sorğu sayı həddindən artıq çox olduğuna görə gecə saat 12-yə qədər işləməyimizə baxmayaraq bəzi sifarişlər təsdiqlənməmiş qaldı. İstərdik ki, bütün müştərilərimizi məmnun salaq, ancaq növbəlilik prinsipini ilə təsdiqlədiyimiz üçün ən son sifarişini ödəyən bəzi müştərilərimizin sifarişləri alınmamış oldu. Bunun üçün müştərilərimizdən üzr istəyir, növbəti endirim günlərində daha böyük qüvvə ilə sifarişlərin alınmasına səfərbər olacağımıza söz veririk”. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.