Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Dek
2019
11:55
1289

13
Dek
11:55



"Land Rover"i dəbdəbəli «yaxtaya» çevirdilər

Böyük Britaniyada fəaliyyət göstərən Overfinch atelyesi Land Rover Defender modelinin kolleksiya nəşrini təqdim edib. Açılan tavana malik olan ikiyerli ofrouderi 6,2-litrlik V8 mühərriki ilə təchiz edərək, onun yük bölümünü yaxtaların göyərtəsinin tərtibatında istifadə edilən tik ağacı ilə örtüblər.

Kolleksiya modeli klassik Land Rover Defender 90 modelinin bazasında inşa edilib. Təkmilləşdirmədən sonra ofrouder arxa oturacaq cərgəsindən məhdum olub, kuzovun Emerald Green zümrüd rənginə, yumşaq tavan bərkidilən quraşdırılmış təhlükəsizlik karkasına, tik ağacı ilə örtülmüş baqaj bölümünə və qiymətli əşyaların saxlanması üçün nəzərdə tutulmuş bağlanan qutuya sahib olub.

 

Overfinch atelyesi ofrouder GM istehsalı olan 6,2-litrlik səkkizsilindrli mühərrik ilə təchiz edib. Tüner mühərrikin güc xarakteristikalarını açıqlamasa da, aqreqatın 450 at qüvvəsi hasil etdiyi söylənilir. Atelye nümayəndələri ofrouderin maksimal sürət həddinin 177 km/saata yüksəldiyini bildiriblər. Xatırladaq ki, adi LR Defender modelinin maskimal sürəti 145 km/saat təşkil edir.

Tüninq keçmiş ofrouderin digər seçilən cəhətləri arasında mühərrikin karbon üzlüyünü, paslanmayan poladdan hazırlanmış buraxılış sistemini, Recaro idman oturacaqlarını, xrom ilə örtülmüş qapı dəstəklərini, ötürmələr qutusunun dəstəyini, pedalları və cihazların haşiyələrini göstərmək olar. Təkmilləşdirilmiş «Def» 239.900 funt sterlinqə satılır. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Astarada biri qadın olmaqla 4 narkotacir saxlanıldı







Şəkidə narkotacir saxlanıldı







Azərbaycanda zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.