Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Dek
2019
12:21
632

14
Dek
12:21



Azərbaycan karateçiləri İtaliyada 3 medal qazandı

Baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirinin ilk günü 3 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından Xeberoxu.Az-a verilən məlumata görə, 13-15 dekabr tarixlərində yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə öyüşü daha fəal keçirən Ə.Quliyev qalib gəlib.

Tale Yaqubov və Turan Rzazadə (hər iksi -68 kq) 1/4 finalda, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (-76 kq), həmçinin Ayla Rzazadə (-59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-52 kq), Nicat Kərimli və Fərid Savadov (-57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (-63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

İdmançılarla bir yerdə beynəlxalq hakim Cahangir Babayev və milli hakim Mir-Cabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarına yollanıb.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.