Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Dek
2019
14:51
1075

14
Dek
14:51



Abbas Musəvi: İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır

İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır.

Xeberoxu.Az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi Təbrizdə keçirilən mətbuat konfransında deyib.

Nazirlik rəsmisi deyib ki, İranın Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyi aydındır:

“İran dəfələrlə mövcud beynəlxalq qaydalar və qətnamələr çərçivəsində mövqeyini elan edib”.

Ermənistanın Araz çayını çirkləndirməsinə münasibət bildirən iranlı diplomat deyib ki, Araz çayının çirklənməsi məsələsini araşdırılır və onun nəticəsi elan olunacaq.

A.Musəvi əlavə edib ki, Azərbaycan regional proseslərdə önəmli və İrana dost ölkələrdən biridir.

Nazirlik rəsmisi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin yollarından biri vətəndaşların səfəri ilə əlaqədar maneələrin azaldılmasıdır.

XİN rəsmisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İran vətəndaşlarına vizanı ləğv edib və bunun bütün Azərbaycana şamil olunması üçün müzakirələr davam edir.

Onun sözlərinə görə, Təbriz şəhəri qonşu ölkələrlə ticarət münasibətlərində qütbə çevrilə bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Astarada biri qadın olmaqla 4 narkotacir saxlanıldı







Şəkidə narkotacir saxlanıldı







Azərbaycanda zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.