Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
11:33
289

14
Yan
11:33



“Yüksəliş” müsabiqəsi ilə bağlı təlim keçirilib

Yanvar 13-də 1 saylı “ASAN xidmət” mərkəzində “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib.

Bu barədə Xeberoxu.Az-a “Yüksəliş” müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin məqsədi “ASAN xidmət” əməkdaşları və könüllülərini “Yüksəliş” müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etməkdir.

Təlimlərə “ASAN xidmət”in Bakı və Sumqayıt, o cümlədən 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a yaxın dinləyicinin iştirak etdiyi təlimlər ikimərhələli keçirilib. Birinci mərhələdə “ASAN xidmət” əməkdaşlarına və könüllülərə “Yüksəliş” müsabiqəsi haqqında məlumat verilib. Bu məlumat könüllülərin müsabiqənin təbliğində fəallığını və məlumatlılığını təmin edəcək. İkinci mərhələ Sumqayıt və bölgələrdən olan “ASAN xidmət” könüllüləri üçün nəzərdə tutulub. Onlara “Yüksəliş” müsabiqəsinin qeydiyyat proseduru haqqında məlumat verilib.

“ASAN xidmət” könüllüləri çalışdıqları bölgələrdə qeydiyyatdan keçmək istəyən şəxslərə necə kömək göstərəcəklərini öyrəniblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18:00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az/ saytında qeydiyyatdan keçə bilərlər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.