XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

01 Avq
2022
18:22
1029
01
Avq
18:22



“Deputat üçün 7455 manat da azdır”

“Peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O xatırladıb ki, ötən həftə Prezident deputatın statusu haqqında qanuna dəyişikliyi təsdiqləyib: “Sıravi deputat hər ay 7455 manat əmək haqqı alacaq. Bununla da sıravi deputatların,  komitə sədri və parlament sədrinin əmək haqları xeyli artmış oldu. Dəyişikliyə görə sıravi deputat üçün aylıq əmək haqqı 2485 manat, hər ay da əmək haqqının iki misli qədər əlavə ödəniş müəyyən olunub.

Yəni, deputatın əmək haqqı hər ay üçün  7455 manat olacaq.

Beləliklə , yeni qanuna görə sıravi deputat sosial ödənişlər və vergilər çıxıldıqdan sonra, hər ayda  təxminən 6537 manat əmək haqqı alacaq”.

Osman Gündüz qeyd edib ki, əvvəllər sıravi deputatın aldığı əmək haqqı 4052 manat olub: “Deputatların əmək haqqının artırılmasına yanaşmanın doğru olmadığı haqqında əvvəllər də yazmışdım. Qısa olaraq bir daha qeyd etmək istərdim ki, bu tip yanaşma qüsurludur.

Yəni, peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm.

Bu tip deputatlar isə olduqca az saydadır.

Əksəriyyət deputatlar isə, bəziləri özləri də etiraf edirlər ki biznesləri var, oliqarx həyat tərzi sürənlər var, milyonlarla vəsaitləri haqqında məlumatlar paylaşılanlar da var, bir çoxları obyektlərindən hər ay yüz minlərlə icarə haqqı toplayırlar.

Düşünürəm ki , bu tip deputatların əmək haqqına da eyni yanaşma sərgiləmək, onlara büdcədən əlavə vəsaitlər sərf etmək doğru deyil və  qüsurlu yanaşmadır”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.