XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
01:00
916
29
Iyul
01:00



“Qəbələ” Konfrans Liqasına qələbə ilə vida edib

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu matçlardan biri Qəbələ şəhər stadionunda baş tutub.Ötən həftə Macarıstan “Fehervar”ına 1:4 hesabı ilə uduzan “Qəbələ” doğma azarkeşlər önünə çıxıb. Qarşılaşmanın fəal keçirən təmsilçimiz çoxsaylı qol epizodları əldə etsə də, yalnız 34-cü dəqiqədə Rövlan Muradovun qolu ilə hesabı açıb. Az sonra penaltini qaçıran qonaqlar isə fasilə ərəfəsində status-kvonu bərpa edib – 1:1.

Fasilədən sonra da daha üstün oyun göstərən Elmar Baxşıyevin yetirmələri istəyinə 73-cü dəqiqədə çatıb. Yeni klubunda ilk qolunu vuran Felipe Santos “Qəbələ”yə qələbə qazandırıb – 2:1. Lakin bu nəticə mərhələ adlamaq üçün yetərli olmayıb və Premyer Liqanın dördüncüsü avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Konfrans Liqasındakı digər iki təmsilçimiz “Neftçi” və “Zirə” də hazırda cavab oyunlarını keçirir.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) - 2:1
Qollar: 
Rövlan Muradov, 34, Felipe Santos, 73 - Budu Zivzivadze, 44
Baş hakim: Kristofer Yaqer (Avstriya)
“Qəbələ”: 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 7. Rövlan Muradov, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
“Fehervar”: 1. Daniel Kovaç, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Budu Zivzivadze, 5. Attila Fiola (k), 55. Marsel Heyster, 23. Pal Dardai, 8. Yevgeni Makarenko, 9. Stopira, 94. Klaudiu Bumba, 31. Nikola Serafimov
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 29. Zolt Kojnok, 65. Silvester Hanqya, 6. Peter Pokornı, 70. Funşo Bamqboyen, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mikael Luftner
Baş məşqçi: Mixael Boris
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.