XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
15:51
520
29
Iyul
15:51



Şəhidin 3 yaşlı övladı təcili Türkiyəyə göndərildi - FOTOLAR

Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar Ələsgərovun səhhətində problemlər yaranıb.

“YAŞAT” Fondundan verilən məlumata görə, səhhətində ciddi problemlər olan şəhid övladı Türkiyəyə göndərilib.

Qeyd olunub ki, Eldar Ələsgərov Seymur oğlu səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlayıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub.

Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün o, Bakıdakı özəl klinikalardan birinə köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci ilin 5 may tarixində əməliyyat olunub. 2022-ci ilin 15 iyun tarixinədək həmin klinikada stasionar müalicəsi davam edib. Həkimlərin rəyinə əsasən 15 iyun tarixindən stasionar müalicə başa çatıb və fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib. 2022-ci ilin 26 iyul tarixində Eldar Ələsgərovun vəziyyətinin pisləşməsi ilə bağlı ailə üzvləri tərəfindən məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb.

Mütəxəssislər tərəfindən 28 iyul tarixində verilən rəyə əsasən şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.

Vəziyyətin ciddiyəti nəzərə alınaraq, elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Müalicə prosesi Eldar Ələsgərovun tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq.

 


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər SOSİAL xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.