XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



12 Iyun
2021
09:15
862
12
Iyun
09:15



İtaliyada sənaye istehsalının səviyyəsi pandemiyadan öncəki səviyyəyə çatıb

İtaliya Milli Statistika İdarəsinin məlumatına əsasən, ölkədə sənaye istehsalının səviyyəsi pandemiyadan öncəki səviyyəyə çatıb. Qeyd edilib ki, apreldə sənaye istehsalınıın indeksi martla müqayisədə 1,8 faiz artıb.

 Xeberoxu.Az xəbər verir ki, son beş ayda sənaye istehsalının ümumi həcmində artan temp sayəsində göstəricilər 2020-ci ilin fevral ayındakı səviyyəyə qalxıb.

Sənaye istehsalında dirçəlmə müşahidə olunmasına baxmayaraq, müəssisələr pandemiya dövründə Şərqi Avropa ölkələri ilə sərhədlərin bağlanmasından əziyyət çəkirlər. İtaliyanın sənaye müəssisələrini öz sıralarında birləşdirən İtaliya Sənaye Konfederasiyasından (Confindustria) “Corriere della Sera” qəzetinə verilən açıqlamada bildirib ki, sənaye ilə yanaşı turizm və digər sektorlarda çalışan mövsümi işçilərin çatışmazlığı ölkə iqtisadiyyatı üçün fəsadlar yaradır. Ölkənin müxtəlif regionlarında qastronomiya və turizm sahələrində işçi qüvvəsi çatışmazlığını yaxın müddətdə aradan qaldırmaq mümkün olmayacaq, çünki bu sahələrdə işləyənlərin bir hissəsi pandemiya dövründə başqa iş yerləri tapıblar və həmin boşluğu doldurmaq üçün yeni işçi qüvvəsinə ehtiyac yaranıb.

Konfederasiyadan bildirilib ki, sərt karantin rejimi və ağır iqtisadi böhranla mübarizə aparmalı olan ölkə sənayesi müsbət inkişaf tendensiyasından yararlanmalıdır. Bunun üçün işçi qüvvəsi və dövlət dəstəyi əsas amillər sırasında yer alır.

Qeyd edək ki, İtaliyada sənaye istehsalı təxminən 2 trilyon avro həcmə malik ümumdaxili məhsulun 21,4 faizini təşkil edir.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 3 avtomobil toqquşub, yaralılar var -VİDEO








Hacıqabul sakinindən "patı" aşkarlandı








Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub








Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.