20 Yan
2020
20:30
995

20
Yan
20:30



Şəhid övladı: 20 Yanvar şəhidləri qanları bahasına Azərbaycana müstəqillik qazandırdı

20 Yanvar şəhidləri qanları bahasına Azərbaycana müstəqillik qazandırdı, onlar qalibdirlər.

Xeberoxu.Az-ın məlumatına görə,bunu  açıqlamasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan Əflatun Kazımovun oğlu Surac Kazımov deyib.

Həmin vaxt uşaq olduğu üçün hadisələri dəqiq xatırlamayan S.Kazımov bildirir ki, şəhid övladı olması ilə fəxr edir:

"5 yaşım var idi, dedilər ki, atan şəhid olub. Düzdür, mənim üçün atasız böyümək çox çətin idi. Hər an atasızlığı hiss etmişəm, amma biləndə ki, atam nə üçün şəhid olub, onunla fəxr etmişəm. 1990-cı ilin yanvar hadisələrində atam da digərləri kimi küçələrdə etirazlara qoşulub, Azərbaycanın müstəqilliyi naminə canından keçib. Hadisəni tam xatırlamıram, amma böyüklərimiz danışırlar ki, o vaxt atamı bu yoldan çəkindirmək istəyiblər. Deyiblər ki, getmə, etiraz eləmə. Atam isə deyilənlərə baxmayıb. Bir neçə gün etiraz aksiyasına qoşulub. Sonuncu dəfə yanvarın 19-da evdən çıxıb və gecə evə gəlməyib. Yanvarın 20-də atamı axtarmağa başlayıblar, bir gündən sonra məlum olub ki, atam şəhid düşüb".

S.Kazımov bildirir ki, şəhid övladı olmaqla qürur hissi keçirir:

"Əslində, atam qalib gəlib. 20 Yanvar şəhidləri qanları bahasına Azərbaycana müstəqillik qazandırdı, onlar qalibdirlər. Bu gün məhz onun oğlu olmağım mənim üçün şərəfdir. Dostlarım, tanışlarım, iş yoldaşlarım da mənə xüsusi hörmətlə yanaşırlar. Dövlətimiz də ailəmizi daim diqqətdə saxlayır. Hazırda mən vaxtilə atamın çalışdığı "Bakı Metropoliteni"ndə işləyirəm və onun iş yoldaşları mənə xüsusi qayğı ilə yanaşırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.