20 Yan
2020
22:54
1094

20
Yan
22:54



Kürdəmirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad olunub -Foto
Kürdəmir rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad olunub.
”XəbərOxu.Az"xəbər verir ki, bu gün Kürdəmir rayonunda 20 Yanvar faciəsi qurbanlarının 30-cu ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib.
İlk öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gül dəstələri qoyublar. Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaq: "Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaq".
Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
C.Cəfərov şəhid ailələrinə başsağlığı verərək şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib.
Tədbir iştirakçıları eyni zamanda Sığırlı kəndində Aprel döyüşlərində şəhid olmuş gizir Tural Qurbanovun və rayon ərazisində olan digər şəhidlərin məzarını ziyarət ediblər.
Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.