Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
18:26
156



3.4 milyonluq dələduzluqla bağlı məhkəmə keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilovun məhkəməsi keçirilib.

XeberOxu.Az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.

“Rich” firmasının təsisçisi, bu işdə zərərçəkmiş olan İbrahim Səfərov deyib ki, E.Xəlilova xaricdən şəkər tozu gətirmək üçün pul verib: “Emil Xəlilov xaricdən şəkər tozu gətirib o zaman Ticarət Nazirliyinin balansında olan “Azərbaqqaliyə” TTK-ya verirdi. Mən də pulumu qazancı ilə birlikdə oradan alırdım. Lakin sonuncu dəfə isə pulu ödədikdən sonra şəkər tozunu gətirmədi. Mənə 675 min manat ziyan vurub, pulu ödəməsini tələb edirəm”.

Proses dekabrın 6-da davam etdiriləcək. 

E.Xəlilov həm də dövlətə pul “atmaq”da ittiham edilir. O, rəhbərlik etdiyi şirkətlərlə dövlətin “Azərbaqqaliyə” TTK orqanı arasında müqavilə bağlayıb və ölkəyə şəkər tozu gətirəcəyini vəd edib. Lakin dövlət onun şirkətlərinə pulu köçürdükdən sonra vədinə əməl etməyərək dövlətə bir neçə milyon manat pul “atıb”.  “İnterpol” tərəfindən axtarışda olan E.Xəlilov  2018-ci ilin avqust ayında Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

E.Xəlilov Lotu Qulinin yaxın köməkçisi kimi tanınıb. Onun kriminal aləm üzvləri ilə yaxınlığını saxlanıldığı zaman Ukraynanın baş nazirinin müavini Yevgeni Yenin də təsdiqləyib. 

Yenin o zaman mətbuata açıqlamasında bildirmişdi ki, azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. E.Xəlilov saxlanılmadan bir müddət əvvəl oğru aləmində ad alıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər HADiSƏ xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]