XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



26 Sen
2022
12:07
514
26
Sen
12:07



DYP-dən Anım Günü ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Xeberoxu.Az-a bildirib ki, vətəndaşlar sentyabrın 27-də Anım Günü ilə bağlı paytaxtın, xüsusilə II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə almalıdırlar:

“Bildiyiniz kimi, sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə hər il qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq! Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur. Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək”.

“Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.