XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



26 Sen
2022
16:44
917
26
Sen
16:44



16 yaşlı qızı qaçırıb cinsi əlaqədə oldu, HƏBS EDİLDİ

Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.

Xeberoxu.Az "Unikal"-a istinadən xəbər verir ki, rayonun Çobankənd sakini olan 2001-ci il təvəllüdlü Xanlar Əsgərov (soyad şərtidir) 2007-ci il təvəllüdlü, Şahdağ kənd sakini olan sevgilisi Kəmalə Əliyevanı bu ilin 6 mart tarixində qaçırıb. 

Kəmalə ailə üzvləri ilə tanış olub onlarla birgə yaşamağa başlayıb. Bundan sonra Xanlar Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlayıb. O, yeniyetmə qızla bir neçə dəfə cinsi əlaqədə olub. 

Məhkəmədə ifadə verən yeniyetmənin anası bildirib ki, Xanlar 2022-ci ilin əvvəllərindən etibarən qızı Kəmalə ilə ailə qurmaq istəyib:

"Qızım Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq vermədik. Buna baxmayaraq, 6 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşdığı kimi evdən qaçıb. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideynləri ilə söhbət etdik. Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərmədik. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hazırda onlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdirlər".

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə, X. Əsgərov Cinayət Məcəlləsinin 152.1-ci ( On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.