XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



26 Sen
2022
17:44
750
26
Sen
17:44



Paşinyanın Hitlerin səs tembiri ilə çıxışı nədən xəbər verir? - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Afrikanın iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrinin rəhbərləri ilə görüşlərindən belə demədiyi, sərsəm bəyanatlar verir. Əvvəla Azərbaycanla Ermənistan arasında hər hansı bir siyasi anlaşma yoxdur. Ona görə də onun Azərbaycanın Ermənistan sərhədləri barəsində məlumat verməsi də absurd səslənir.

Xeberoxu.Az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Onun fikrincə, N.Paşinyan hələ də başa düşmür ki, əgər ölkələr arasında diplomatik münasibətlər mövcud deyilsə, demək o ölkə onu qəbul etmir:

“Misal kimi bu günə qədər Pakistan Ermənistanı bir dövlət kimi tanımayıb. Eyni zamanda bir neçə dövlətin Ermənistanı ölkə kimi tanımadığı da məlumdur. Bu isə o deməkdir ki, həmin ölkə BMT-yə hansı sərhədlərlə daxil olubsa, Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Ona görə də N.Paşinyanın səsləndirdiyi fikirlər sərsəm təfəkkürün məhsuludur. Bu adam hər dəfə özünü gülməli vəziyyətə qoyur”.

Cümşüd Nuriyev N.Paşinyanın Azərbaycan tərəfindən onun sərsəm fikirlərinə cavab verilməməsi ilə bağlı yanaşmalara da münasibət bildirib:"Təbi ki, buna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti cavab verə bilər. Açıqlama verilə bilər ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası aparılmayıb. Şimal qonşumuz Rusiya ilə delimitasiya məsələləri tam olaraq bitib. Gürcüstanla həlli mümkün olan məsələlər var. Amma Ermənistanla hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. ABŞ dövlət katibi Entoni Blinken belə N.Paşinyana açıq şəkildə bildirdi ki, iki ölkə arasında sərhəd xətləri bilinmədiyi üçün heç bir "təcavüzdən" söhbət gedə bilməz”.

Politoloq hesab edir ki, N.Paşinyanın BMT-də Adolf Hitlerin səs tembiri ilə çıxışı bu adamın psixoloji problemindən xəbər verir:

“Ona görə də onun nə deməyinə fikir vermək lazım deyil. Bu günə qədər Rusiya üçün oyuncaq olan Ermənistan, hazırda ABŞ-ın əlində kuklaya çevrilib.”


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.