Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
19:20
1143

08
Iyul
19:20



Aİİ-də “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Crossroads kilsəsinin Rəhbərlik Komitəsinin üzvü John Coffman və tərcüməçi Martha Coffmanın təqdimatında “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda seminar keçirilib.

Aİİ-dən XeberOxu.az-a verilən məlumata görə, institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov seminar iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirir. İ.Əlimuradov mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün İnstitutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü nəzərə çatdırıb.

Crossroads kilsəsinin Rəhbərlik Komitəsinin üzvü John Coffman və Martha Coffman “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda məruzə ilə çıxış ediblər. J.Coffman bildirib ki, din yalnız yaradana ibadət sistemi deyil, həmçinin daha çox həyat tərzidir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil edib.

J.Coffman qeyd edib ki, ABŞ-da dini təhsil verən məktəblər üç növə bölünür: rəsmi məktəblər; dini qurumlar tərəfindən açılmış məktəblər; kilsə məktəbləri. Valideyn övladını orta məktəbə qoyarkən, ona dinin tədris edilməsini istəyərsə, məktəb rəhbərliyi ən yaxın kilsə məktəbində buna imkan yaradır.

M.Coffman bildirib ki, din dünya xalqlarının tarixində mühüm yer tutur, bütün qitələrin xalqlarının, həmçinin Amerikanın həyatında mövcuddur. Din insanların mənəvi birliyidir, cəmiyyətdə və məişətdə onun rolu böyükdür.

M.Coffman Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadığının, bir-birlərinə hörmət bəslədiyinin şahidi olduğunu vurğulayıb.

Qonaqlar tədbirin təşkil olunmasına, səmimi münasibətə, qonaqpərvərliyə görə İnstitutun rəhbəriliyinə və digər tədbir iştirakçılarına minnətdarlığını bildiriblər.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az