Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
11:58
834

25
Iyun
11:58



AİB Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiq edib.

 XeberOxu.az-ın AİB-ə istinadən verdiyi məlumata görə, AİB-in 2019-2023-cü illəri əhatə edən, ölkə üzrə yeni strategiyası Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

"Bizim ölkə üzrə yeni tərəfdaşlıq strategiyamız AİB üçün inkişafının mühüm mərhələsində Azərbaycanın tələblərinə cavab vermək imkanı yaradır. Yeni strategiya özəl sektora dəstəyi artıracaq, insan kapitalının inkişafına daha çox diqqət ayıracaq, biliklərin mübadiləsi ilə bağlı fəaliyyətin miqyasını genişləndirəcək və innovativ maliyyə həll yollarına imkan yaradacaq", - deyə AİB-in Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekov bildirib.

AİB siyasətə əsaslanan əməliyyatlar, analitik, məsləhət fəaliyyəti və layihənin hazırlanmasına yardımın təmin olunması və hökumət təsisatlarının potensialının gücləndirilməsi vasitəsilə struktur islahatların dəstəklənməsinə xüsusi diqqət ayıracaq. AİB, həmçinin, yüksək texnologiyalar və innovativ layihələr üçün selektiv kreditləşdirməni həyata keçirməyə çalışacaq.

AİB özəl sektordakı əməliyyatlarını artıracaq və maliyyə inklüzivliyinin artırılması məqsədilə tərəfdaşlıqlar quracaq. Bundan başqa, bank ölkənin kapital bazarının imkanlarından istifadə etməklə və riskin yumşaldılması mexanizmlərini dəstəkləməklə yerli valyutada maliyyələşdirmə seçimlərini araşdıracaq. Strategiya AİB-in suveren və qeyri-suveren əməliyyatları arasında, o cümlədən dövlət-özəl tərəfdaşlığı və qarışıq maliyyələşdirmə vasitəsilə sıx sinerjini nəzərdə tutur.

Yeni strategiya 2016-cı ilin dekabr ayında qəbul olunmuş Azərbaycan hökumətinin milli iqtisadiyyatın perspektivlərinə dair Strateji Yol Xəritəsi ilə tam uyğundur. Bu, gender bərabərliyi, iqlim dəyişikliyi və ətraf mühitin dayanıqlığı, regional əməkdaşlıq və inteqrasiya və bu üç strateji, prioritet sahələr üzrə dövlət idarəçiliyinin gücləndirilməsini ehtiva edir. Strategiya Asiya və Sakit okeanı regionunun dəyişən tələblərinə səmərəli şəkildə cavab vermək məqsədilə Bankın fəaliyyət kursunu müəyyən edən AİB-in 2030-cu il üzrə strategiyasına uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildə AİB-ə üzv olduqdan sonra nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 mlrd. ABŞ dolları həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardımı alıb.

 

Xatırladaq ki, AİB ifrat yoxsulluğun azaldılması istiqamətində səylərin gücləndirilməsi ilə Asiya və Sakit okeanı regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. AİB 2018-ci ildə 21,6 mlrd. dollara bərabər yeni kredit və qrant üzrə öhdəlik götürüb. 1966-cı ildə yaranmış Banka 49 regiondan 68 ölkə üzv olub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az