XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



10 Iyun
2021
15:08
917
10
Iyun
15:08



ABŞ-da neft hasilatının artması haqda xəbərlər neftin ucuzlaşmasına səbəb olub

ABŞ-da “qara qızıl” hasilatının və neft məhsulları ehtiyatlarının artması haqqında xəbərlər dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.

Xeberoxu.Az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,68% ucuzlaşaraq 1 bareli 71,74 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,64% aşağı düşərək 1 bareli 69,52 dollar təşkil edib.

4 iyun tarixinədək olan həftə ərzində ABŞ-da “qara qızıl” hasilatı 0,2 milyon barel artaraq, 11 milyon barelə çatıb. Bundan başqa, həftə ərzində ölkədə benzin ehtiyatları 7 milyon barel artıb.

Benzinə gəlincə, onun toplanması gələcəkdə istifadə ilə bağlıdır. “Benzin ehtiyatlarının toplanması yəqin ki, “birdəfəlik” olacaq və istehlak yüksək olacaq. Təkcə ABŞ-da deyil, Avropada da hərəkətliliyin tədricən artmasının şahidi oluruq”, - deyə “UBS Wealth Management”in strateqi Ueyn Qordon “Bloomberg”ə bildirib.

İnvestorlar həmçinin OPEK-in hesabatının dərc olunmasını gözləyirlər. Onlar hesabatda bazardakı vəziyyətlə bağlı şərhlərin yer alacağına ümid edirlər.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.