Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Iyun
2019
14:40
1038

14
Iyun
14:40



ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Duan-u” adlı Çin ənənəvi bayramı qeyd olunub. Bu bayram Çin müəllif poeziyasının qurucusu, Çin mədəniyyətində vətənpərvərlik simvolu sayılan, Çin tarixində ilk məşhur lirik şair – Qu Yuanın xatirəsinə həsr olunub.

ADU-dan Xeberoxu.az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yüksək insani duyğuları və təcrübələri ilə dolu, Çin poeziyasının unikal fəlsəfəsi haqqında danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yaz” adlı şeirini Çin dilində oxuyub.

Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen və universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın yaranma tarixi və ənənələri, həmin gün keçirilmiş əjdaha-qayıq festivalı, həmçinin klassik Çin poeziyasının əsas ənənəvi növləri haqqında danışıb.

Sonra ADU tələbələrinin çıxışında Qu Yuanın əsərlərindən olan “Sürgünün kədəri”, “Chu xəttləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” adlı şeirlər səslənib.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri Könül Əfqanqızının və Vahid Əlioğlunun vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib.

Sonda qədim Çin poeziyasının tanınmış nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən film nümayiş etdirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az