23 Fev 2021
11:49
![]() |
23
Fev 11:49
![]() AMEA sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə edəcək AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda Təcrübə-Sənaye Zavodunda sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə olunacaq. Yüksək Texnologiyalar Parkından verilən məlumata görə, uzun müddətdir ki, sürtkü materiallarının alınmasında xammal kimi texniki bitki yağlarından istifadə olunurdu. Lakin son zamanlar dünya bazarında bitki yağlarının qiymətində yüksək artım tempinin müşahidə olunması bu yağların başqa xammalla əvəzlənməsi zərurəti yaranıb. Buna görə də Təcrübə-Sənaye Zavodunda yeni nəsil sürtkü materiallarının alınmasında xammal kimi alfa-olefin əsaslı oliqomerlərdən istifadə olunması məqsədəuyğun hesab edilib. Belə ki, Sumqayıtda fəaliyyət göstərən "Etilen-Polietilen" zavodunda istehsal zamanı yan məhsul kimi alınan izobutan-izobutilen fraksiyasının YT Parkda tətbiqi nəzərdə tutulub. Bu məqsədlə texnoparkda ilk mərhələdə istehsal həcmi 10-20 litr olan pilot qurğusunun quraşdırılması və tədqiqatların aparılması planlaşdırılır. Alınmış oliqomerlər əsasında sürtkü materiallarının sınaq partiyaları əldə olunacaq. Bu nümunələrdə müsbət nəticələr alınarsa növbəti mərhələdə lazımi miqdarda alfa-olefin əsaslı oliqomerlərinin sintezinə imkan verən yarımsənaye qurğusunun layihələndirilməsinə və quraşdırılmasına başlanılacaq.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı
Şirvanda minik avtomobili yanıb
|