# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
20:00
1867

22
May
20:00



AQTA bəzi marketlər şəbəkəsində yoxlama aparıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə xüsusi karantin rejimi dövründə müvafiq tədbirlərin icrası üzrə ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, növbəti nəzarət tədbirləri çərçivəsində paytaxtda yerləşən “Neptun", “Rahat” marketlər şəbəkəsi və digər ərzaq mağazalarına baxış keçirilib. Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim olunması ilə bağlı verilən tövsiyələrə əməl etməsi yoxlanılıb.

Eyni zamanda bu sahədə AQTA tərəfindən hazırlanaraq sahibkarlıq subyektlərinə təqdim edilmiş metodiki göstərişlərdə nəzərdə tutulan qaydaların icrasına nəzarət həyata keçirilib.

Agentlik ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərini koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.