Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
18:55
1437

08
Iyul
18:55



ATƏT PA da Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu.

Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da, əsas fikir mübadiləsinin “Siyasi işlər və təhlükəsizlik” komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərilirdi.

Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.

Nə idi bu yeni yanaşma:

1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq, ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə EYNİ yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə

öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Hətta Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini

tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdan çıxarılması ilə bağlı təklifi 41 əleyhinə, 6 lehinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin SUVERENLİK, ƏRAZİ BÜTÖVLÜYÜ və BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI prinsipi əsasında nəticəyönümlü

danışıqların apaılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqədərratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.

3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə Dağlıq Qarabağdakı qondarma və separatçı rejimin danışıqlar masasına gətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

4. Sənəddə münaqişə ərazisi kimi yalnız AZƏRBAYCANIN göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.

5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.

6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun- güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların özmüqəddaratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllnə bir daha rəsmi dəstək verdi.

7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu.

Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan onun mühüm siyasi əhəmiyyəti var.

Qeyd etmək lazımdır ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün vacib dəstəkdir.

Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərinin daha çox qəbul etmələrinə səbəb oldu.

Tahir Mirkişili
Milli Məclisin deputatı, ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az