Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
11:41
144



ATƏT PA girovların "hamının-hamıya" prinsipi ilə azad olunması təklifini dəstəklədi

Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb:

“Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün müsbət rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməlidir və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Seretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.

Azay Quliyev həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.

ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Siyasət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]