14 Yan 2021
00:03
![]() |
14
Yan 00:03
![]() Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. XeberOxu.Az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm. Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir. Yeni yaşınızın Azərbaycan üçün xeyirli olmasını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm. Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram". Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|