Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
18:52
201

02
Dek
18:52



Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədə olan qanunvericilik aktlarının tələblərinin Agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi və onların maarifləndirilməsi məqsədilə təlimlərə start verilib.

Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, bütün Regional İdarələri əhatə edəcək təlimlərə Lənkəran şəhərindən başlanılıb.

Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə regiondakı əməkdaşlara məlumat veriblər. Yeni yaradılan zonaların müzakirə olunduğu təlimdə həmçinin məlumatların sistemə daxil edilməsi yolları öyrədilib, sahibkarların işinin asanlaşdırılması baxımından onların yeniliklər barədə bilgiləndirilməsi, regional idarələrin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması kimi mövzular əhatə olunub. İştirakçılar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.

Qeyd edək ki, təlimlər sistemli və ardıcıl olaraq ADRA-nın bütün regional idarələrində həyata keçiriləcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.