XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



11 Iyul
2021
20:05
5875
11
Iyul
20:05



Yunanıstan Türkiyəyə qarşı təxribat xarakterli bəyanatlardan imtina etməlidir - Hulusi Akar

Yunanıstan Türkiyəyə qarşı təxribat xarakterli bəyanatlardan imtina etməlidir.

Xeberoxu.az-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib: "Yunanıstan gərginliyi artırılmasına yönəlmiş təxribatçı, qeyri-qanuni, güzəştsiz mövqe tutmağa davam edir. Yunanıstan tərəfi Afinanın özünün imzaladığı razılaşmalara belə əməl etmir".

Daha əvvəl, panel müzakirələrində çıxış edərkən Yunanıstanın müdafiə naziri Ankaranın hərəkətlərini beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Türkiyənin milli müdafiə naziri hesab edir ki, yunanıstanlı həmkarının açıqlamaları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kiryakos Mitsotakis arasındakı son konstruktiv danışıqların və yayda gərginliyin azaldılması üzrə səylərə ziddir:

"Hörmətli həmkarımı beynəlxalq hüquq, razılaşmalar və iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri çərçivəsində eqoistlik və duyğusallıqdan imtina etməyə, məntiqli, ədalətli və obyektiv düşünməyə və danışmağa çağırırıq".

Onun sözlərinə görə, iki ölkə arasında əlverişli atmosfer yaratmaq istəyi qarşılıqlı olmalıdır və Afina müsbət atmosferi qorumaq istəyirsə Türkiyə və Yunanıstan xalqlarının yaxınlığını nəzərə alaraq təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinməlidir.

Nazir qeyd edib ki, Yunanıstan müxtəlif bəhanələrlə Türkiyəyə fayda gətirəcək hər şeyə qarşı çıxır: "Ankara, öz növbəsində beynəlxalq hüquqa, şəffaflığa və mehriban qonşuluq münasibətlərinə riayət etməkdə israrlıdır. Qonşu Yunanıstan üçün sülh və sabitliyə nail olmağın ən etibarlı yolu, ekspansionist yanaşmadan ən qısa müddətdə imtina etmək və təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə son qoymaqdır".

H.Akar Türkiyənin heç bir dövlətin ərazisinə iddia etmədiyini bir daha diqqətə çatdırıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Xarici Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.