XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Iyul
2021
15:19
1252
28
Iyul
15:19



Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

28 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycanın ərazilərini azad etməsi münasibətilə təbriklərini çatdırdı, Pakistan xalqının bu Qələbəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyini vurğuladı. O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, Azərbaycanın ərazi bütövlüynü hər zaman dəstəklədiyini qeyd etdi. Cənab Əsəd Qeysər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri arasında ilk üçtərəfli görüşdə iştirakından məmnunluq duyduğunu qeyd etdi. Ölkələrimiz arasında parlament istiqamətində əməkdaşlığı, hər iki tərəfdən parlament dostluq qruplarının fəaliyyətinin müsbət təcrübəsinə istinad edən sədr, bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyini söylədi. Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir üzrə Kontakt Qrupu çərçivəsində fəal iştirakını qeyd etdi.

Nazir Ceyhun Bayramov səmimi təbriklərinə görə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədrinə təşəkkürünü bildirdi. O, bu ilin əvvəlində İslamabadda keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək, üçtərəfli formatda keçirilən toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğuladı. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd etdi. Nazir, səfər çərçivəsində Pakistan Milli Assambleyası nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, azad olunmuş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını qeyd etdi. Nazir, qarşı tərəfə hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verdi. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir, qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınadı və Ermənistanı təxribatlardan əl çəkərək, iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirdi.

Tərəflər, habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi apardılar. Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr edildi.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.